PRESS NEWS AZERBAIJAN

Şərqdə ilk dəfə qadına azadlıq verən Cumhuriyyət

26.05.2015

 

26 may  2015-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti- 97. Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilib.

Konfransı giriş sözü ilə AJQA-nın prezidenti Sevil Yusifova açıb. O ADR-in yaranmasının Şərqdəki müsəlman dövlətlərin də demokratikləşməsinə təkan verdiyini dilə alıb.  “Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı, istiqlalı uğrunda mübarizə aparıb. Rus boyunduruğundan yaxa qurtarmak bizlərə  XX əsrin əvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan adlı dövlətin yaranması şansını artırıb. Milli mücadilə insanlarımızın mübarizəsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilib”. S.Yusifova həmin günu həm  Şərqdə, həm də Azərbaycanda əlamətdar bir hadisə olduğunu xatırladıb. O Azərbaycan Demokratik Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının çox böyük rolu olduğunu vurğulayıb.

Sora  AMEA-nın Şərqşünaslıq institutunun direktoru, millət vəkili AMEA Gövhər Baxşəliyeva  ADR-in qadın siyasəti haqqında məruzəsi dinlənildi. O bildirdi ki, qadınların cəmiyyətdə yeri, onların hüquq və azadlıqlarının təmin olunması məsələləri Azərbaycan ictimai-siyasi fikrini daim düşündürən problemlərdən biri olmuşdur. Müsəlman qadının sosial-ictimai vəziyyəti, təhsili və mədəni səviyyəsinin artması ilə bağlı məsələlər XIX əsrin sonları XX əsrin əvəllərində Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrini daim narahat etmiş, onlar öz yazılarında icitmai fəaliyyətlərində qadın azadlığına sosial tərəqinin mühüm amili kimi nəzərdən keçirmişlər.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADR-in təhilə verdiyi önəmdən, cəmiyyətdə formalaşdırdığı tərəqidən söhbət açıb. Xanim İbrahimqızı bəzi Qərb dövlətlərində 1970-ci illərdə qadına yüksək hüquqlar verildiyi halda  AXC bu hüquqları 97 il bundan öncə verdiyini xatırladıb. O vurğulayıb ki, Azərbaycanın müstəqillik aktına imzanı da məhz Azərbaycan qadını atıb. Məlahət ibrahimqızı müasir Azərbaycan qadınının hüquqlarından, cəmiyyətdəki yerindən misal çəkərək Skandinaviya ölkələri ilə müqayisə aparıb.

Tədbirdə professor Cahangir Məmmədli, TUMİB-in sədri Çingiz Bayramov və digər elm xadimləri, QHT rəhbərləri və mediya nümayəndələri çıxış ediblər.

Please reload

ƏN ÇOX OXUNANLAR