PRESS NEWS AZERBAIJAN

Bakıda yanan avtobusla bağlı açıqlama - FOTO

26.05.2015

 

Paytaxtda avtobuslardan birində yanğın baş verib. 

 

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli  yanan avtobusla bağlı açıqlama verib.

 

Bildirib ki, Avtovağzaldan şəhər istiqamətində hərəkətə başlayan 135 nömrəli avtobus Şamaxinka ərazisində qəfildən alışmağa başlayıb: “ Hadisə zamanı dərhal sərnişinlər avtobusdan düşüb. Xəsarət alan yoxdur. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.Yanğın söndürülüb. Avtobusun hansı səbəbdən yanmasını araşdırmaq üçün hazırda əməkdaşlarımız hadisə yerindədir”.