PRESS NEWS AZERBAIJAN

D.Kiselyov: “Birinci Avropa Oyunları heyrətamiz hadisə olacaq”

26.05.2015

 

Əminəm ki, birinci Avropa Oyunları qitənin həyatında ən parlaq hadisə olacaq.

 

Bu sözləri “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.


O qeyd edib ki, aprel ayında Avropa Oyunlarının Moskvada təqdimatı çərçivəsində Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə TASS Agentliyində görüş keçirilib.

 

“Bu, unudulmaz görüş oldu. Biz “Vesti nedeli” proqramında bu barədə ətraflı süjet göstərdik”. D.Kiselyov, həmçinin vurğulayıb ki, bu yaxınlarda Bakıya səfəri zamanı idman obyektlərinin “irimiqyaslı tikintisini” görüb.

 

“Qitə üçün bu, çox mühüm hadisə olacaq, çünki Avropa Oyunlarının standartları müəyyən ediləcək. Əminəm ki, birinci Avropa Oyunları heyrətamiz hadisə olacaq”, – deyə məşhur jurnalist qeyd edib.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload