Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək.
PressNews.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazir K.Heydərov tərəfindən mayın 29-da Siyəzən şəhərində, Siyəzən rayon Mədəniyyət Sarayında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.
"Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Mədəniyyət Sarayında (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92) mayın 27-də saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidilər" - məlumatda bildirilib.