PressNews.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin mayın 1-nə hazır məhsul ehtiyatı 224,0 ton təşkil edib.
Qeyd edək ki, 2015-ci il aprelin 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 618,2 min nəfər təşkil edib, bu isə öz növbəsində ölkədə adambaşına dondurma istehsalının təxminən 33 qram olmasını göstərir.
Hesabat dövründə əsas qida məhsullarından ət istehsalı 1,9% artaraq 94,5 min ton, kolbasa məmulatları 20,6% artaraq 708,6 ton, üzlü süd 2,5% artaraq 286,0 min ton, qaymaq xama 1,0% artaraq 1 566,0 ton, pendir və kəsmik 1,4% artaraq 16 104,2 ton, kərə yağı 0,7% artaraq 7 924,0 ton, marqarin 1,2% artaraq 8 949,6 tona çatıb.