Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev Xızıda şimal bölgəsinin sakinlərini qəbul edib - VİDEO

PressNews.Az xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sakinlərlə növbəti görüşü Xızı rayonunda gerçəkləşib.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Nazir Əbülfəs Qarayev vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini diqqətlə dinləyib. Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası, xalçaçılıq müəssisəslərinə dəstək, regionlarda yaşayan şair və yazarların kitablarının çapı və digər məsələlərlə bağlı olub.
Əbülfəs Qarayev vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsinin təqdirəlayiq olduğunu qeyd edərək qaldırılan bütün məsələlərin diqqətlə nəzərdən keçiriləcəyini və zəruri tədbirlər görüləcəyini deyib.
Nazir qəbul zamanı edilən ayrı-ayrı müraciətlərlə bağlı müvafiq tapşırıq və göstərişlər verib. Qəbuldan sonra Əbülfəs Qarayev tanınmış Azərbaycan rəssamı Kamal Əhmədin əsərlərindən ibarət sərgiyə baxış keçirib. Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihəsi çərçivəsində təşkil olunub.
Emin Kərimov. Quba