top of page

SOCAR-da “işçilərin başqa işə keçirilməsi” prosesinin avtomatlaşdırılmasında dəyişikliklər edilib


socar.jpg

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələri tərəfindən insan resursları departamenti ilə elektron poçt vasitəsilə razılaşdırılaraq həyata keçirilən “işçilərin başqa işə keçirilməsi” prosesinin avtomatlaşdırılmasında dəyişikliklər edilib.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə insan resursları departamentində SOCAR-ın müəssisələrinin kadr xidmətlərinin nümayəndələrinin iştirakı ilə “SAP BRP” sistemi vasitəsilə aparılan “işçilərin başqa işə keçirməsi” kadr əməliyyatlarla bağlı keçirilən seminar-müşavirədə məlumat verilib.

SOCAR üzrə kadr əməliyyatlarının operativ formada həyata keçirilməsi, istehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədilə təkmilləşdirilən elektron yerdəyişmə cədvəli və “SAP BRP” sistemində hazırlanan yeni “əməliyyat aləti” seminar iştirakçılarına təqdim edilib. Bildirilib ki, bu prosesin tətbiqi departament və kadr xidmətləri arasında kadr əməliyyatlarının aparılması üçün zəruri olan məlumat mübadiləsinin effektivliyini artıracaq və “SAP BRP” sistemində işçilərin ümumi məlumat bazasının mütəmadi olaraq yenilənməsini təmin edəcək.

Bundan başqa, yeni prosesin tətbiqi texnologiyası əyani şəkildə iştirakçılara nümayiş etdirilib, kadr əməliyyatları ilə bağlı müxtəlif məsələlər müzakirə olunub və suallar ətraflı cavablandırılıb. Seminar-müşavirələrin mayın sonunadək davam etdirilməsi nəzərdə tutulub.

bottom of page