top of page

VİDEO: İlham Əliyevdən kəskin Qarabağ bəyanatı


033.jpg

Azərbaycanın Milli Bayramı - Respublika Günü münasibətilə bu gün rəsmi qəbul keçirilib.Azərbaycan respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra prezident İlham Əliyev geniş nitqlə çıxış edib. Xalq cumhuriyyətinin yaranmasının böyük tarixi hadisə olduğunu deyən Prezident, onun qurucularının xatirəsinin xalqımız üçün əziz olduğunu deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan müsəlman şərqində demokratik humanist və bir çox siyasi hüquqların ilk bərqərar olduğu ölkə kimi tarixə keçib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalq cumhuriyyəti qısa müddət yaşasa da tarixdə böyük bir hadisə kimi əhəmiyyətə malik olub.Dövlət başçısı bildirib ki həmin demokratik dəyərlər daha sonra sovet imperiyası dağıldıqdan sonra müstəqil Azərbaycanda bərqərar olub və daha da inkişaf etdirilib. Müstəqilliyin ilk illərində Azərbaycan çətin bir dövrdən keçsə də Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sabitlik və inkişaf yoluna qədəm qoyub.

Dövlətimiz indi də Ulu Öndərin başlatdığı o yolla uğurla irəliyə addımlayır. Prezident çıxışında ölkəmizn önündə duran ən başlıca problem olan Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Dövlət başçısı bildirib ki erməni lobisinin çirkin səylərinə baxmayaraq Azərbaycan bütün dünyaya qarabağın əzəli Azərbaycan toprağı olduğunu sübut edib.Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bütün beynəlxalq qurumlar tərəfindən də tanınır.İstər hüquqi istərsə də güc nöqteyi nəzərdən münaqişənin həlli baxımından şərait Azərbaycanın xeyrinədir.

Dövlət başçısı bir daha bəyan edib ki , münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və Qarabağa müstəqillik verilməyəcək.

Tədbir bədii hissə ilə yekunlaşdırılıb.

bottom of page