PRESS NEWS AZERBAIJAN

Bu gün Azərbaycanda "Son zəng" qeyd olunur

29.05.2015

 

Bu gün Azərbaycanda tədris həftəsi 5 günlük olan məktəblərın məzunları "Son zəng"i qeyd edirlər. Pressnews.az-ın məlumatına görə, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” tədbiri isə mayın 30-da təşkil olunacaq.

 

“Son zəng”lə əlaqədar Təhsil Nazirliyi məktəblərə həmin tədbirlərin məktəb ərazisində keçirilməsini tövsiyə edib.

 

2014-2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 839, XI siniflərini isə 90 557 nəfər məzun bitirəcək. Bu tədris ilində qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird başa vuracaq.

 

Please reload

ƏN ÇOX OXUNANLAR