PRESS NEWS AZERBAIJAN

Ağcabədidə yol qəzası: üç ölü, iki yaralı

30.05.2015

 

Bu gün Ağcabədi şəhərində üç nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Rayonun Hacıbədəlli kənd sakini, 1968-ci il təvəllüdlü İsmayılov Nadir Məhərrəm oğlunun idarə etdiyi 04 OF 117 nömrə nişanlı VAZ 21 07 markalı maşın həmin rayonun Avşar kənd sakini, 1960-cı il təvəllüdlü Nəcəfov Faiq İsmayıl oğlunun idarə etdiyi 45 BF 511 nömrə nişanlı “Mercedes” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomaşının sürücüsü və “VAZ-2107”-nin sərnişini, 1979-cu il təvəllüdlü Məhərrəmov Nadir Səfər oğlu hadisə yerindəcə keçiniblər. 

“VAZ-2107” markalı maşının digər sərnişinləri, 1964-cü il təvəllüdlü Rüstəmov Akif Ziyad və 1961-ci il təvəllüdlü Rüstəmov Eldar Sayad oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır. 

Please reload

ƏN ÇOX OXUNANLAR