PRESS NEWS AZERBAIJAN

Bərdədə ana və azyaşlı qızı qətlə yetirilib

30.05.2015

 

Azərbaycanın Bərdə rayonunun Alaçadırlı kəndində qətl hadisəsi baş verib. 

Bu gün kənddə məskunlaşan Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Cəmilə Əhəd qızı Şükürovanın və onun qızı 2002-ci il təvəllüdlü Arzu Mahir qızı Quluzadənin meyiti tapılıb.

 

Hadisə yerinə gedən polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, ana və qızı gecə qətlə yetiriliblər. İlkin ehtimala görə, ana və qızı küt alətlə öldürülüblər. C. Şükürovanın 4-5 il əvvəl həyat yoldaşından boşandığı bildirilib.

 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi başlanıb.

Please reload

ƏN ÇOX OXUNANLAR