PRESS NEWS AZERBAIJAN

Bakıda bir anda 7 avtomobili əzən kran - VİDEO

30.05.2015

 

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində dəhşətli yol qəzası baş verib.

 

PressNews.Az-ın Avtosfer.az-a istinadən məlumatına görə, Biləcəri dairəsinə daxil olan kranın əyləc sistemi sıradan çıxdığı üçün sürücü avtomobili saxlaya bilmir. Əvvəlcə qarşıda hərəkət edən «Mersedes»i vurur. «Mersedes» yoldan çıxaraq yolun kənarında dayanan avtomobillərə dəyərək dayanır.

 

Daha sonra kran yüksək sürətlə dairədə dayanmış «Hyundai» markalı avtomobili vurub əzir. Hərəkəti davam etdirən kran qarşıda da 3 avtomobili əzir. Ümumilikdə, bu qəzada kran 7 avtomobili əzib. Bir neçə nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

 

Kran sürücüsü qəzadan sonra bildirib ki, əyləc sistemi qəflətən sıradan çıxdığı üçün maşını saxlaya bilməyib. Üstəlik, həmin vaxt kran yoxuşla üzüaşağı hərəkət etdiyi üçün sürət daha da artıb və maşını dayandırmaq mümkünsüz olub.

 

Həmin qəzanın təhlükəsiz kameralarında qeydə alınan görüntülərini sizlərə təqdim edirik: