PRESS NEWS AZERBAIJAN

Bakıdan qonaq gələn qadını bıçaqladılar

30.05.2015

 

Bakıdan Tovuza qonaq gedən qadın bıçaqlanıb.

 

Hadisə mayın 29-da Tovuz rayonunun Heydər Əliyev parkında baş verib. 

 

Bakıdan Tovuzun Ağdam kəndinə qonaq gedən, 1977-ci il təvəllüdlü Sevinc Babayeva rayonun mərkəzində yerləşən Heydər Əliyev parkına gəzintiyə çıxıb.

 

 

Orada tanımadığı şəxs tərəfindən bıçaqlanan qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Əməliyyat edilən 38 yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. 

 

Faktla bağlı Tovuz Rayon Polis İdarəsində araşdırma aparılır.

Please reload

ƏN ÇOX OXUNANLAR