top of page

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edib


Hicran_Hüseynova.jpg

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həlli üçün müvafiq tədbirlər görürlər.

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 30-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən sosial-məişət xarakterli, xəstə və əlil uşaqların müalicəsi, alimentlərin verilməsində çətinliklər, uşaqların övladlığa verilməsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı olub.

Qaldırılan məsələlərin bir qismi araşdırılaraq yerindəcə həll olunub. Komitənin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Qəbuldan sonra AQUPDK-nın sədri Hicran Hüseynova Qax rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlarla görüşüb.

bottom of page