top of page

Anar Məmmədova vəzifə verildi - FOTO


Azərbaycanın ən böyük şirkətlər qruplarından biri olan "Garant Holding"in təsisçisi, Azərbaycan Qolf Federasiyasının təsisçisi və prezidenti, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliği istiqamətində böyük işlər həyata keçirən Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilib.

PressNews.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Makedoniya xarici işlər naziri Nikola Poposkinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubda bildirilir.

Nikola Poposki qeyd edir ki, A.Məmmədovun ölkəsinin Azərbaycandakı fəxri konsulu təyin edilməsi iki dövlət arasında iqtisadi, ictimai, mədəni əlaqələrin daha yüksək səviyyədə inkişafında mühüm rol oynayacaq.

"Bu məktubla cənab Anar Məmmədov fəxri konsul təyin edilir. Bu funksiyanın yerinə yetirilməsi və Azərbaycanla Makedoniya arasında mövcud əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün mən sizdən Anar Məmmədovun Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaratmağı, ona dəstək və yardım göstərməyi, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim etməyi xahiş edirəm", - deyə Nikola Poposki Elmar Məmmədyarova ünvanladığı məktubda bildirib.

bottom of page