PRESS NEWS AZERBAIJAN

Bakıda mühüm Qarabağ müzakirəsi

01.06.2015

 

ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvica Dacic dünən Azərbaycana rəsmi səfərə gəlib. İvica Daçiçin Azərbaycana səfəri bir çox məqamları ilə yadda qalacaq. 

ANS PRESS-in məlumatına görə, bunu yerli və xarici ekspertlər bildiriblər.

Onların sözlərinə görə, İ.Daçiçin Cənubi Qafqaz ölkələrinə səfəri regionda məlum münaqişələrin həlli istiqamətində Avropanın diqqətini artırmaq məqsədi daşıyır. Bakıda keçiriləcək görüşlərdə əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox ciddi müzakirələr aparılacaq. 

Bu gün səhər Bakıya rəsmən səfəri başlayan İ.Daçiç iyunun 2-də Gürcüstana, bir gün sonra isə Ermənistana gedəcək.

O, səfər proqramına uyğun olaraq, iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri, həmçinin qurumun Bakıdakı koordinatorluğuna baş çəkməsi nəzərdə tutulub.

ATƏT sədri Azərbaycana səfərinin yekunu olaraq xarici işlər naziri ilə birgə mətbuat konfransı keçirəcək.
 

Please reload