Konfransda ABŞ, İngiltərə və başqa ölkələrin tanınmış universitetlərinin elm adamları iştirak edib.
Şabran şəhərində Amerika Birləşmiş Ştatları, İngiltərə və başqa ölkələrin tanınmış universitetlərinin elm adamlarının iştirakı ilə “Şabran tarixdən bu günə və sabaha” adlı beynəlxalq elmi konfrans keçirilib.
PressNews.AZ xəbər verir ki,Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə qədim Şabran şəhərinin qalıqları və ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olublar.
“Şabran şəhəri” Tarixi Qoruğu ilə tanışlıqdan sonra beynəlxalq elmi konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin Şabran şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Şabran Tarix-Diyarşünaslıq muzeyi və Xəqani Poeziya evi ilə tanışlıqdan sonra beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, akademiklər Teymur Bünyadov, Nailə Vəlixanlı və Maisə Rəhimova çıxış edərək beynəlxalq tədbirin əhəmiyyətindən danışıblar.bildirib ki, Beynəlxalq elmi konfransın keçirilməsinin də əsas məqsədi tarixin bu səhifələrinə işıq salmaq, dünya alimlərini bu qədim yaşayış məskəni barədə məlumatlandırmaqdan ibarətdir.
Tədbirin sonunda konfrans iştirakçıları adından beynəlxalq elm ictimaiyyətinə müraciət qəbul olunub.
Emin Kərimov. Şabran