top of page

I Avropa Oyunlarının məşəli Xızı rayonuna gətirilib - FOTO - VİDEO

xizi meshel2.jpg

Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində rayon ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıb. Buna Xızılılar çox sevinib. Günlərdir gözlənilən məşəlin gəlməsinə minlərlə insan maraq göstərib.

Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olunub. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verib.

Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edərək Heydər Əliyev adına parka gətiriblər. Buna yerli sakinlər Azərbaycanın yarışda qalib olacağındanda əmin olduğunu bildirirlər.

Burada fəxri bədən tərbiyəsi və idman işçisi Elmik Məmmədhəsənov məşəli alovlandırıb. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı izləyiblər.

Beləliklə, Xızı I Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi olub. İyunun 1-də Qusar və Quba rayonlarında məşəlin qarşılanma mərasimi olacaq. Günün sonunda isə Quba şəhərində Alov festivalı keçiriləcək.

Emin Kərimov. Xızı

xizi meshel.jpg

xizi meshel4.jpg

xizi meshel3.jpg

xizi meshel1.jpg

xizi meshel2.jpg

bottom of page