Avtomobillərini Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası olmadan idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum ola bilərlər. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib. O bildirib ki, son vaxtlar cərimələrin artırılması ilə əlaqədar sığortalı avtomobillərin sayı xeyli artıb, amma digər ölkələrlə müqayisədə bu rəqəm azdır. Onun sözlərinə görə, buna görə yaxın zamanlarda icbari sığorta edilməyən avtomobillərin, ümumiyyətlə, yol hərəkətindən uzaqlaşdırılması üçün Maliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırıq.