top of page

Ukraynada amansız döyüşlər başladı

Eyni zamanda separatçılar Krasnoqorovka yaxınlığında qoşun cəmləyir. Bu məlumatı “B” sektorundakı qərargahın mətbuat katibi Yevgeni Silkin yayıb. “Saat 10:00-a olan məlumata görə, Mariinka yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında yarım saat döyüş gedib. Separatçıların təxmini sayı 1000 nəfərdir. Separatçılar atıcı silahlardan, minaatanlardan və tanklardan istifadə edir. Düşmən Krasnoqorvka ətrafına da hərbi qüvvə cəmləyir” - deyə Y.Silkin bildirib. Onun sözlərinə görə, separatçılar gecə Donetsk vilayətində Ukrayna ordusu qüvvələrini “Qrad”lardan atəşə tutub. Mariinka rayonunda isə 20 tankın hərəkəti müşahidə olunub. Ukraynanın baş naziri Arsen Yasenyuk bəyan edib ki, Rusiya Minsk razılaşmasını növbəti dəfə pozub və öz separatçılarına hərbi əməliyyatlara başlamaq göstərişi verib: “Rusiya dünən təmas qrupunun üçtərəfli görüşünü pozdu. Bu gün isə öz separatçılarına hücum əmri verdi”. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Mariinka qəsəbəsi artıq separatçıların nəzarətinə keçib.

virtualaz.org

bottom of page