Avropa bunu Azərbaycandan istəmir

Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrdən Rusiyaya qarşı sanksiyalara dəstək tələb etməyəcək.
Bu barədə Aİ-nin ABŞ-dakı səfiri Devid Osallivan (David O"Sullivan) deyib. “Biz heç bir halda Aİ-yə namizəd ölkələrdən tələb etdiyimiz kimi, bu ölkələrdən Avropa İttifaqının xarici siyasətinə dəstək gözləmirik”- deyə Osallivan "Sputnik" agentliyinə müsahibəsində deyib. Qeyd edək ki, 21-22 çay tarixlərində Riqada keçirilən samittdə qəbul edilən deklarasiyada Aİ və proqramın 6 ölkəsi arasında “dərin əməkdaşlığın inkişaf etdirilməsi”nin vacibliyi qeyd olunub. “Şərq tərəfdaşlığı” layihəsi ümumilikdə Aİ-yə üzv olmağın mümkünlüyünü nəzərdə tutumasa da Avropa Birliyinin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi və iqtisadi inteqrasiyasına yönəlib. Sadalanan ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişi bağlayıb. Ermənistan və Belarus isə Rusiyanın da daxil olduğu Gömrük İttifaqı bazasında yaradılan Avrasiya iqtisadi birliyinin üzvləridirlər. Bu ölkələrdən yeganə olaraq Azərbaycandır ki, həm Aİ və həm də Rusiya ilə normal əməkdaşlıq sürdürür.