PRESS NEWS AZERBAIJAN

İlham Əliyev və Əhməd Davudoğlu arasında telefon danışığı olub

08.06.2015

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

 

Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti Baş nazir Əhməd Davudoğluna rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.

 

Türkiyə Respublikasının Baş naziri göstərilən diqqətə və təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.

 

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu ölkələrimiz arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Please reload