PRESS NEWS AZERBAIJAN

Bakı-2015 missiya rəhbərləriylə ilk iclasını keçirdi

08.06.2015

 

Otuz dörd ölkənin Milli Olimpiya Komitəsinin (MOK) üzvləri artıq Atletlər Kəndinə yerləşiblər.

 

PressNews.Az-ın məlumatına görə, Bakı-2015 Atletlər kəndinə yerləşmiş Avropanın 34 ölkəsindən gələn MOK üzvləri ilə görüş keçirdi və onları salamladı.

 

MOK-ları təmsil edən komandanın üzvləri və Bakı-2015-in heyəti ilə yanaşı Avropa Olimpiya Komitələrindən nümayəndələrin də iştirak etdiyi ilk yığıncaqda MOK-lara Oyunlar barədə son məlumatlar verildi.

 

Belə yığıncaqların iki gündə bir dəfə keçirilməsi planlaşdırılır. Növbəti görüşün iyunun 9-da baş tutacağı gözlənilir.

Please reload

ƏN ÇOX OXUNANLAR