2011-ci ildə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Bununla da soyadların dəyişdirilməsində mövcud olmuş məhdudiyyətlər aradan qaldırılıb”.
Bunu Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov öz açıqlamasında deyib.
İ. Məmmədov bildirib ki, hazırda Azərbaycanda adlarla bağlı yeganə məhdudiyyət yeni doğulmuş uşaqlara verilən adlarla bağlıdır:
“Bu məhdudiyyət ondan ibarətdir ki, gülüş doğuran adlar , gələcəkdə uşaqların mənafeyinə xələl gətirən adlar uşaqlara qoyulmasın”