PRESS NEWS AZERBAIJAN

Açılış günü bağlanacaq yolların açıqlandı - SİYAHI

09.06.2015

 

I Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.

 

Belə ki, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyunda Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Rəşid Behbudov, İstiqlaliyyət ,Niyazi , Şövkət Ələkbərova küçəsi eləcə də  Bül-bül və Azadlıq prospektlərində fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

12 iyun açılış mərasimi günü isə Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək və Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Please reload

ƏN ÇOX OXUNANLAR