PRESS NEWS AZERBAIJAN

Ticarət şəbəkələrində standartların tələblərinə cavab verməyən məhsullar aşkarlanıb

09.06.2015

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi may ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələri barədə məlumat yayıb.


Komitədən verilən məlumatda bildirilir ki, ticarət şəbəkələrindən 23 adda yerli istehsal, 13 adda xarici istehsal məhsulu üzərində monitorinq aparılıb. Bu məhsulların sırasına alkoqollu və alkolsuz içkilər, çörək və makaron məmulatları, ət və süd məhsulları daxil edilib. 


Çörək, bulka və makaron məmulatlarından, alkoqollu içkilərdən götürülən nümunələrdə analizlərin cavabı müsbət olub.

 

Ancaq "Lyubitelskaya" nişanlı mal əti konservinin, "Ballı nişanlı" kəllə qəndin, “İvanovka” nişanlı şor və saçaqlı pendirin, “Buratino”, “Karvan”, “Eskimo”, “Zimuşka Zima” nişanlı dondurmaların, “Hayat” nişanlı təbii bulaq suyunun standartların tələblərinə cavab vermədiyi müəyyən edilib.

Please reload

ƏN ÇOX OXUNANLAR