Bakıda bir neçə böyük ət kəsimi məntəqəsi fəaliyyətini dayandıracaq.
Bu məntəqələrdən biri “Keşlə” bazarında, digəri isə “Koroğlu” stansiyasının yaxınlığında yerləşir. Bildiyiniz kimi, “Keşlə” bazarının yaxınlığındakı yol layihə üzrə genişləndiriləcək.
Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı rəsmi məktub almışıq”.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova deyib.
S. Rüstəmova bildirib ki, Şamaxı, Salyan və Quba istiqamətindən paytaxta girişdə böyük ət kəsimi məntəqələri tikiləcək:
“Məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaqdır”.