top of page

Rusiyada azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı yeni cinayət işi açıldı


kütləvi dava.jpg

Rusiyanın Amur vilayətinin Mixaylovski rayonunda azərbaycanlılarla ruslar arasında baş vermiş kütləvi dava ilə bağlı vilayət prokurorluğunda yenidən cinayət işi açılıb.

Amur vilayəti azərbaycanlıları konqresinin sədri Məhəmməd Əsgərov bildirib ki, vilayətdə yaşayan azərbaycanlılar adından diasporun rəsmi müraciətindən sonra iş vilayət prokurorluğuna verilib və nəticədə yeni cinayət işi qaldırılıb.

M. Əsgərov qeyd edib ki, hadisə nəticəsində yaralanan İnşallah Həsənov, Vahid Rzayev və digər həmyerlilərimizin vəziyyəti yaxşı olsa da, Sədyar Həsənov sol gözünü itirib.

bottom of page