PRESS NEWS AZERBAIJAN

Azərbaycanda elektrik enerjisi tarifi dəyişə bilər

10.06.2015

 

Azərbaycanın elektrik enerjisi bazarının tənzimləyiciləri bazar modelinin dəyişdirilməsi üzərində işləyir.

 

"Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur. ki, bu addımın əsas məqsədi istehsalçı şirkətlərin effektivliyinin artırılmasıdır.

 

"Bu isə "Azərenerji"nin tariflərinə müsbət təsir edə bilər. Sonuncu dəfə elektrik enerjisinin tarifləri 2007-ci ildə dəyişib. İnvestisiya qoyuluşlarının azaldılmasının təzminatı tariflərin artırılması ola bilər. Lakin bu, "Azərenerji" üçün çətinlik yarada bilər", - deyə analitiklər hesab edir. Şirkətin yanacağa xərclədiyi vəsait əməliyyat xərclərinin yarısına bərabərdir.

 

"2013-cü ilin dekabrından etibarən "Azərenerji"yə satılan hər 1 000 kubmetr qazın qiyməti 63% artaraq 80 manata çatıb. Lakin həmin dövrdən əhaliyə satılan elektrik enerjisinin tarifi dəyişməyib. Şirkətin gözləntilərinə görə, ortamüddətli perspektivdə elektrik enerjisi və qaz tarifləri dəyişməyəcək", - deyə ekspertlər qeyd edir. Tarif (qiymət) Şurasından isə bildiriblər ki, hazırda hər-hansı tarifin artırılması nəzərdə tutulmayıb.

Please reload

ƏN ÇOX OXUNANLAR