Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkənin yeganə ümididir. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə əsasən, AKP şübhəsiz ki, Türkiyənin siyasi həyatında müstəsna rol oynayır.
Qeyd edək ki, iyunun 7-də Türkiyədə baş tutmuş parlament seçkilərində AKP 40,9, CHP 25, MHP 16,3, HDP isə 13,1 faiz səs toplayıb.