PRESS NEWS AZERBAIJAN

I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın inkişaf göstəricisidir

12.06.2015

 

I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın inkişaf göstəricisidir. Bunu Trend-ə açıqlamasında Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov deyib.

G.Züqanov bildirib ki, Azərbaycanda möhtəşəm idman infrastrukturu yaradılıb: “Ən müasir idman kompleksləri tikilib. Bakı gündən-günə inkişaf edir və böyüyür. Buna və I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinə çox sevinirəm”.

G.Züqanov həmçinin I Avropa Oyunları zamanı münaqişələrə son veriləcəyinə ümid etdiyini də dilə gətirib: “Siyasi meydandansa, idman meydanında mübarizə aparmaq daha yaxşıdır”.

Please reload

ƏN ÇOX OXUNANLAR