PRESS NEWS AZERBAIJAN

Güləşçi Rafiq Hüseynov adını finala yazdırıb

13.06.2015

 

Yunan-Roma güləşi üzrə kişilər arasında 80 kq çəki dərəcəsində yarımfinal oyunları keçirilir.

 

Güləşçi Rafiq Hüseynov Türkiyə təmsilçisi Səlcuq Çebi ilə güləşib.

 

Mübarizəyə yaxşı başlayan Rafiq ümumi nəticədə 4:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb.

 

Bildirək ki, Rafiq Hüseynov finalda Rusiya-Belarus cütlüyünün qalibi olan rus idmançı Yevgeni Salayev ilə qarşılaşacaq. Güləşçi məğlub olsa belə artıq gümüş medalı təmin edib.

Please reload