Bakıda keçirilən I Avropa Oyunlarının iyunun 12-də baş tutmuş açılış mərasiminə təxminən 100 milyon manat xərclənib.
Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü keçirilən mətbuat konfransında bildirib.
Nazir Oyunların sonunda sərf olunan vəsaitlə bağlı daha dəqiq məlumatın veriləcəyini açıqlayıb.