PRESS NEWS AZERBAIJAN

Rusiyalı tanınmış müğənni Janna Friske vəfat edib - VİDEO

16.06.2015

 

Rusiyalı tanınmış müğənni Janna Friske iyunun 15-də axşam saatlarında vəfat edib.


PressNews.Az Rusiyanın "Rossiya-24" tele-kanalına istinadənxəbər verir ki, bu barədə müğənninin atası Vladimir Friske məlumat verib. 


Qırx bir yaşlı Janna Friske 2013-cü ildən beyin xərçəngi ilə mübarizə aparırdı. Bir müddət əvvəl onun həyat yoldaşı Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı. 


Müğənni 1996-cı ildə “Blestyaşie” qrupuna qoşulduqdan sonra məşhurlaşıb. 2003-cü ildə uğurlu solo karyerasına başlayan Janna Friske bir neçə filmdə də çəkilib. 2013-cü ildə onun Platon adlı oğlu dünyaya gəlib. 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR