PRESS NEWS AZERBAIJAN

Güləşçimiz Hacı Əliyev erməni rəqibini məğlub etdi

18.06.2015

 

Bu gün sərbəst güləş üzrə 4 çəki dərəcəsində pəhləvanlarımız mübarizə aparır.61 kq çəki dərəcəsində millimizi təmsil edən Hacı Əliyev  1/8 final mərhələsində erməni güləşçi  Valodiya Franqulyanla qarşılaşıb. Hesab həmyerlimizin 7-0 xeyrinə başa çatıb. 1/4 final mərhələsinə vəsiqə qazanan Hacı Əliyevin slovakiyalı Mykola Bolotnyuk ilə üz-üzə gələcək.

 

70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev millimizi təmsil edəcək. O, da Hacı Əliyev kimi yarışa Avropa Oyunlarına 1/8 finaldan başlayacaq. R. Dibirhacıyev bu mərhələdə bolqarıstanlı Miroslav Kirov polşalı Maqomedmurad Hacıyev görüşün qalibi ilə üz-üzə gələcək.  

 

86 kq çəki dərəcəsində ölkəmizi Nurmaqomed Hacıyev təmsil edəcək. Mübarizəyə 1/8 finaldan başlayan 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla qarşılaşacaq.

 

125 kq çəki dərəcəsində Camaləddin Maqomedov öz gücünü sınayıb. O, ilk görüşdə litvalı Yonas Rudaviçiusa 4-0 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. Camələddin bu mərhlədə türkiyəli  Taha Akgül üz-üzə gələcək

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload