PRESS NEWS AZERBAIJAN

VİDEO: Sarı xətt və rayon avtomobillərinə qadağa qüvvədə qalacaq?

24.06.2015

 

İlk Avropa Oyunlarının keçirildiyi günlərində paytaxtın mərkəzi küçə və prospektlərində tətbiq olunan "Oyunlar zolağı" təcrübəsinin sonradan da qüvvədə qalması məsələsi gündəmə gəlib. Səbəb aparılan müşahidələr zamanı yollarda uzun tıxacın olmaması və hərəkət üstünlüyünə malik, yəni təcili yardım, yanğınsöndürən və polis avtomobillərinin vaxtında ünvana çatmasıdır.

Artıq bir aya yaxındır, Avropa Oyunları ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəticəsində şəhərdə tıxaclar xeyli azalıb.

Digər vaxtlarda günün pik satlarında "20 yanvar" dairəsinin ətrafı, Dərnəgül şossesi, Azadlıq prospekti və digər ərazilərdə avtomobil sıxlığı müşahidə olunurdusa, son vaxtlar aparılan müşahidələr onu göstərir ki, sözü gedən ünvanlarda tıxac yox səviyyədədir. Təbii ki, bunlar oyunlar ərəfəsində yol polisi tərəfindən aparılan işlərin nəticəsində olub. Bəs bu vəziyyəti oyunlardan sonra da saxlamaq mümkündürmü?

Yol polisi "Oyunlar zolağı"nda hərəkətin oyunlardan sonra da digər avtomobillərə qadağan edilməsinin qüvvədə qalmasını gündəmə gətirdi. Yalnız ictimai nəqliyyat istisina edilməklə.

Qeyd edək ki, tıxacların azalmasında ticarət obyektlərinin məhsulla təmin olunmasının gecələr həyata keçirilməsi də böyük rol oynayır.Bu qadağanın da oyunlardan sonra qüvvədə qalması planlaşdırılır.

Nəqliyyat üzrə ekspertlər isə daha maraqlı təkliflə çıxış edirlər. Onlar rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyəti oyunlardan sonra da qüvvədə saxlamağı təklif edirlər.

Ekspertin sözlərinə görə, əslində bu praktika dünyanın bir çox ölkələrində 10 ildən çoxdur ki, mövcuddur.