PRESS NEWS AZERBAIJAN

ABŞ-da təyyarə qəzası: 9 ölü

26.06.2015

 

ABŞ-ın Alyaska ştatında təyyarə qəzası baş verib. Pressnews.az-ın xarici mediaya istinadən məlumatına görə, Alyaskanın cənub-şərqində qayalığa düşən təyyarədə olan 1 pilot və 8 sərnişin dünyasını dəyişib. Ərazinin təbii landşaftı xilasetmə işlərini çətinləşdirib.

 

Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Təşkilatının Alyaska nümayəndəliyinin rəhbəri Klint Conson hadisəni və ölənlərin sayını təsdiqləyib. O, bildirib ki, hava şəraiti ucbatından xilasedicilər qəzanın baş verdiyi yerə gec çatıblar və heç kimin həyatını qurtarmaq mümkün olmayıb.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload