PRESS NEWS AZERBAIJAN

Şimalda ən yaşlı nənənin 105 yaşı var - VİDEO (Özəl - Ekskluziv)

29.06.2015

 

 

PressNews.Az olaraq Şimal bölgəsində yaşayan bir uzunömürlü nənəni oxucularımıza təqdim etmək istəyirik.

 

Həm də maraqlıdır ki, talerant bölgə kimi tanınan şimalda söhbət açacağımız insanlar milli azlıq nümayəndələridir. Bölgə müxbirimiz Emin düz bir gününü sərf edərək nənəni elə evindəcə çəkib.

 

1910-cu ildə Qubanın Ördüc kəndində anadan olan 105 yaşlı Ayət Qədirova ilə görüşmək üçün Qubanın rayon mərkəzindən 62 km aralıda yerləşən Ördüc kəndinə getmək  heç də o qədər də asan olmadı. Qonaqkənddən sonra olan 12 km hündür, ensiz  və torpaq yolla dayana-dayana, piyada gedə-gedə ,ümumən 3 saata gəlib çatdıq bu ucqar dağ kəndinə.

 

Həyətə çatanda müsahibimiz Ayət nənənievin evində yemək yeyen gördük. Onunla görüşdükdən sonra yemək yeməsinə manə olmadıq, Bu nənəni gördüm və gümrah olduğuda bilinir.

 

İşgüzar Ayət nənə isə güclə də olsa ailə üzvlərilə birgə evdə sorqu suala tutduq. Yemək yedikdən sonra  nənəni başladıq söhbətə tutmağa. Əsasən tat dilli olan müsahibim İndiyə qədər həm çətin, həm də xoş günlər gördüyünü dedi.

 

Nənə Ömrü boyu zəhmətlə dolanmasından belə danışdı və hətda ilk yoldaşı müharibədə şəhid olduğunuda bildirdi. Ayət Qədirovanın  həyat yoldaşı Balamirzə Əliyev onu cavan vaxtlarında qaçırdıb. Qaçırdıqdan sonra düz 3 gün 3 gecə toy edib. Nənəni sevib Balamirzə kişi. İndi isə dünyasını dəyişib.

 

Ayət nənə bildirir ki, Gecə xana toxumuş, sonra  corab toxumuş  və gündüzlər işə gedərək, kolxoz işində işlədiyini bildirir.

 

Ailə üzvləri Bu nənəyə də  başa salanda ki,Bakıda böyük idmanyarışı keçirilib ,çoxlu insanlar gəlib, Ayət nənənin dilindən ürəkdən gələn xeyli xeyir-dua eşitdik,odövlət başçımıza  da alqış etdi. Yarışdan söz düşmüşkən,Tat nənəmiz zarafatından qalmadı da,  Müsahibimiz onu necə qaçırdığından gülərək izah etdi və dərindən güldü. Ayət nənə bizi də güldürdü.

 

Nənə deyir ki,  "Gərək mən öləydim,o yox"!  4 övladı,10 nəvəsi, 8 nəticəsi olan Ayət Nənə 1 oğlunu itirib, Həyat yoldaşıni da. O 31 il əvvəl dünyasını dəyişən ömür –gün yoldaşı Balamirzə kişinin ölümünə indi də təəssüf edir. Nənənin böyük qızı Pəlvər Güləliyevdə anasından danışdı.

 

Səfalı Ördüc  kəndindən, onun şəlaləli mənzərələrindən çoxdur. Avropa oyunları qonaqlarına belə uzunömürlülərimizi tanıtmağa dəyər.Kim bilir,bəlkə,hansısa əcnəbi,belə etnik,uzunömürlü nənələrimizi görmək istədi,? Hələliksə,bu nənələrimizə saqlamlıq arzulayırıq.

 

Emin Kərimov. Quba-Ördüc kəndi. (özəl-Ekskluziv)

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR