PRESS NEWS AZERBAIJAN

VİDEO: Azərbaycanlı yeniyetmə görənləri şoka salır

29.06.2015

 

Cəlilabadda yaşayan məktəblinin etdiyi qeyri-adi hərəkətlər görənlərin marağına səbəb olur. Çətin və təhlükəli hərəkətləri kiminsə köməyi olmadan yerinə yetirən Samir Əliyev bu işlə peşəkarcasına məşğul olub, gimnastika yarışlarına qatılmaq istəyir. Ayağını boynuna dolayır.

Qolunu oynaqdan çıxarır. Cəlilabadın Muğan kəndində yaşayan 15 yaşlı Samir Əliyevin etdiyi bu hərəkətlər görənlərin marağına səbəb olur. Elastik bədənə sahib olan Samir sol qolunu istənilən vaxt oynaqdan çixara bilir və bu zaman heç bir ağrı hiss etmədiyini bildirir. Atasının sözlərin görə, o, bu hərəkətlərləri kiçik yaşlarından icra etməyə başlayıb.

10-cu sinif şagirdinin etdiyi qeyri-adi hərəkətlər bununla yekunlaşmır. O, əlini ilan kimi boynuna dolayır, bir ayağını boynundan asaraq tək ayaq üstə yeriyir. Hər iki ayağını boynunun arxasına keçirərək, əlləri üstə hərəkət etməkdə də çətinlik çəkmir. Qeyri-adi hərəkətləri heç bir müəllimin köməyi olmadan öyrənib.