top of page

Avropadan Azərbaycana Qarabağ xəyanəti (VİDEO)


033.jpg

Forpost olan Ermənistanda Rusiyanı oyundan kənar qoymaq mümkün deyil. Və Putin də təsadüfən Sarkisyan tərəfdən riyakarlığı və ya cığallığı görüb məsələn harasa bir həftəliyinə qeyb ola bilər, necə ki, ötən il olmuşdu və bizə də həmin o bir həftə kifayət edə bilər ki, torpaqlarımızı azad edək. Deməli yaranmış vəziyyət bizim də xeyrimizədir. Burda bir maraqlı nüans da var. Bizim marağımız. O maraq da Qərblə üst-üstə düşür. Üst-üstə düşür ki, Ermənistanda qeyri-sabitlik olsun. Qərbin Azərbaycanla münasibətlərinə gəlincə… burda bir az təfərrüata varmalıyıq. Avropa Oyunlarına hücumlar, Azərbaycanda hakimiyyəti dəyişdirməyə, hətta devirməyə açıq çağırışlar ondan xəbər verir ki, Bakı bir sıra fundamental məsələlərə yenidən baxmalıdır. Gəlin Heydər Əliyevi xatırlayaq. O deyirdi: biz bütün beynəlxalq təsisatlara, təşkilatlara ancaq Dağlıq Qarabağ münaqişəsinə görə giririk ki, erməni olan yerdə biz də təmsil olunaq. Niyə biz Avropa İttifaqına daxil olmaq istəmirik, bu zaman müstəqilliyimizi qoruyub saxlamaq istədiyimizi əsas səbəb kimi gətiririk. Amma hansısa AŞPA-nın qərarlarını dövlətimizin qanunlarından üstün tuturuq. Bəli biz də nə vaxsa təcrübəsiz, məsum, yeniyetmə dövlət olmuşuq, hardasa aldanmışıq, Qərbdən dəstək gözləmişik, xülyalara inanmışıq ki, onlar doğrudan da bizim inkişafımızı istəyirlər. Taaa Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilə, onun Bakıda keçirilən etiraz aksiyalarında qodyuğu yekəpər nida işarəsinədək! O göstərdi ki, demokatiya filan yoxdur. Dava Noveç şirkəti “Statoil” maraq və ya yorğan davasıdır. Onlar iğtişaş salmaqla maraqlıdırlar. Biz Qərb üçün balaca, uzaq, amma zəngin əraziyik. Hamısı bu qədər. Bu AŞPA bizim nəyimizə lazımdır. Bəlkə tamamilə ermənilərin xeyrinə çıxardığı qərarlara görə. Özü də bunda bəzən heç ermənilər iştirak da etmirlər də. Məsələn, Dağlıq Qarabağın işğalı faktının onların son sənədindən çıxarılmasında ermənilərin rolu həlledici olmayıb. Onu deyiblər Azərbaycanda adı ala itdən məşhur olan Qross və s. kimi sevimli düşmənlərimiz. O söz birləşməsini Avropalılar çıxarıb ordan. Bəli. Elə buna görə də Heydər Əliyevi bir daha xatırlayaq: biz ora girmişdik ki, ermənilər olan yerdə maraqlarımızı müdafiə edək, torpaqlarımızı işğaldan azad olunmasına çalışaq . İndi bunlar bir halda belə oynayırlar, onda biz oynamırıq. Necə deyərlər nə ölümümüz var orda. Gül kimi İslam Konfransı var… Dini də, imanı da, hələ bir inamı da üstündə … Sözümüzü orda deyək. Bunlar bizim əleyhimizə işləyirlərsə, gördüyümüz işlərə kölgə salırlarsa, kasıbın nə işi var qoruqda ki, vurub qıçını sındırsınlar … İndiyədək hamısına dözürdük. Deyirdilər insan haqları tapdanır, demokratiya yoxdur, hamısı da konkret agentlərin qorunması üçün atılan addımlar idi. Dözürdük. Amma bir halda ki, bunlar bizim ən həssas və ən mühüm məsələmiz, həyati prioritetmiz olan Qarabağda bizi vurdular, öz təfəkkürlərindən işğal olunmuş ərazi cümləsini çıxarıb, yerinə sadəcə Dağlıq Qarabağ münaqişəsi qoydular, artıq hər şey aydındır, bizim daha orda qalmağımız doğru olmaz. Biz görürük ki, bu ölkələr öz maraqlarını güdürlər. Və necə ola bilər ki, Azərbaycan öz maraqlarını güdən ölkələrin qanunlarıyla idarə olunsun. Avropa Şurasını, onun parlamentlərarası assambleyasını birdəfəlik tərk etmək lazımdır vəssəlam! Onsuz da dünyada qütbləşmə gedir. Rusiyanı, başqa dövlətləri gözümçıxdıya salıblar. Bu adamın yadına laaap 39-cu ili salır. O illəri ki, Qərb, daha doğrusu Almaniya Millətlər Liqasını tərk etdi. Və sonra bəşəriyyətin başına nə boyda fəlakət gətirdi. Təkcə Azərbaycan 300 min insanını itirdi. İndi də vəziyyət o səmtə gedir. Görərsiniz, nə vaxtsa Rusiya da gedəcək Avropa Şurasından. Deyəcək ki, mənə lazım deyil. Gəlin bir dəfə də kimisə qabaqlayaq. Birinci biz çıxaq. Onlarla imzaladığımız bütün sənədlər ləğv olunsun. Türkmənistan Avorpa Şurasında var? Bir dənə söz deyən var Türkməistana? Onsuz da diktator deyirlər də bizə. Qoy olaq. İnternetin azad olmasına çağırırdılar bizi? Biz verdik bu azadlığı . Hansı dikator ölkədə internet resurslarına bu qədər azadlıq verib sonra da diktatura adlandırılır?! Belə şey olsaydı Türkiyədə o saat “YouTube” “Twitter”, “Facebook” bağlıyardılar. Bir dəfə bağladıq biz? Nə çirkablar tökmədi Rebekka Vinsent başımıza? Bir yandan Vinsent, bir yandan “Human Rights Watch” o tərəfdən “Amnesty İnternationa”… daha nələr etmədilər?! Axırda da həyasızcasına çağırdılar ki, gəlin Avropa Oyunları - 2015-in haşteqini oğurlayaq … Belə olur diktatura? Düşünürəm ki, nəticə çıxarıb qərar vermək vaxtıdır. Bütün qərəzli təşkilatlardan çıxmaq, heç kimə hesabat verməmək. Buna bax siz Allah bir ildə 1 milyon 223 min avro pul ödəyirik ki, Dağlıq Qarabağı işğal olunmuş ərazi saymasınlar. 17 milyon 136 min avro pul ödəyirik ki, aşpadı, aşpazdı pazdı nədi, bizi dünyada biabır eləsin. Xərclənəsi başqa yerimiz, dərdimiz-sərimiz yoxdu? Pah atonnan… bunlar yeni mərzuəçi təyin ediblər. Bu yeni Xlestakovu elə hava limanındaca rədd eləmək lazımdır geriyə. Azərbayan xalqı buracan dözə bilərdi. Amma Qarabağ məsələsində… Artıq hər şey Aydındır! Onlar bizə lazım deyil. Neyləyəcəklər? Qazımızı almayacaqlar? Almasınlar görək necə almırlar… Unutmayaq ki, bütün sahələrdə onunla düşmən olan SSRİ Avropanın bütün qazının 40 faizini verirdi. “Drujba” boru kəmərini gözünə soxurdu. Elə alacaqlar ki, qazımızı... uça-uça. Çünki bir var siyasətçilərin boşboş çənə gimnastikası, bir də var sadə almanın, fransızın, ingilisin evində istiliyin olub-olmaması. Embarqo qoyacaqlarından da qorxmaq lazım deyil. Onlar embarqonu özlərinə qoyacaqlar bu minvalla. Azərbaycan qazını lap elə Türkiyəyə satıram desə nə olacaq. Gəlin Rusiyanın alçalmış vəziyyətinə düşməyək. Bir azdan bizi səs hüququndan məhrum edəcəklər. Sonra iclaslara buraxmayacaqlar. Türkiyə kimi alçalmış vəziyyətə düşməyək. 50 ildir Avropa qapısı döyürlər… Qapını da açmırlar. Gəlin qapını çırpaq. Özümüz çıxaq. Və birdəfəlik bilək ki, bu qurumda biz artıq yoxuq və bizə artıq bu yolla təsir göstərə bilməyəcəklər. Qoy canları çıxsın yeni yollar axtarsınlar. Bizim üçün quraşdırlıqları relsdən çıxaq. Elə özümüz buraxırıq evimizə hansısa əcayib qəraib məruzəçiləri, onlar da gedib ağzına gələni danışırlar, yazırlar. Gəlin biz çıxaq, ardıcıllarımız çox olcaq! Hər şey aydındır cənablar. Biz başa düşdük ki, bir sıra beynəlxalq təşkilatlar fərqli miqyaslarda və fərqli adlarda tələlər, torlardır. Və bura tovlanılıb salınanlar, tovlayıb salanlar da ya yeyilmək, ya da yemək üçündür… Bizdə işiniz və dişiniz olmasın.

bottom of page