Xəzərin suyu azalır, alimlər həyəcan təbili çalır - VİDEO

Xəzərin suyu ildən-ilə azalır, alimlər həyəcan təbili çalır. Nabran çimərliklərində hiss olunmaqdadır.
Son dörd il ərzində Xəzər dənizinin səviyyəsi 28 metr düşüb. Bu, 1970-ci ildəki səviyyəyə yaxındır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Alimlərin hesablamalarına görə, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib. Yerli sakinlərdə dəniz suyunun azalmasını müşahidə ediblər. Deyirlər ki, əvvəllər su bu qədər qalxırdısa indi azalmağa doqru gedir.
O zaman Xəzərin səviyyəsi 28 m, 1978-ci ildə isə 1 metrə kimi də düşərək 29 metr olub. Sonradan səviyyə qalxmağa doğru gedib.
Son 4 ildə səviyyədə yenidən azalma müşahidə edilir.
Adi azalma kimi görünən bu proses ciddi ekoloji problemlərə səbəb ola bilər. Qonşu İranda Urmiya gölünün quruması və onun yarada biləcəyi ekoloji problemlər ölkə mətbuatının əsas mövzusuna çevrilmişdi. Düzdür, hələ ki, Xəzər üçün belə təhlükəli durum gündəmdə deyil. Lakin prosesin bu cür davam etməsi təhlükənin qaçılmaz olduğunu göstərir.
Emin Kərimov. Xaçmaz-Nabran (Özəl-EKSKLUZİV)