top of page

71 yaşlı nənənin qaçışı


71 yash.jpg

"Bu lənətə gəlmiş yarışı başa vurmağıma sevinirəm! Bəli, mən bunu bacardım və kimsə də artıq bacarığıma şübhə etməsin!" 71 yaşlı Qunhild Suonson yeni dünya rekordu vurub.

Qoca nənə yaşına rəğmən, çox gümrahdır və sürəkli olaraq, yüngül atletika ilə məşğul olur. O, ABŞ-ın Kaliforniya ştatında keçirilən ənənəvi, 100 millik "Western States 100" ultramarafonuna qatılıb. Suonson ultramarafonun son 1,3 millik hissəsini 16 dəqiqəyə qaçaraq başa vurub. Bununla da, Qunhild Suonsonun adı məşhur marafonu başa vurmuş dünyanın ən yaşlı qadını kimi, Ginnesin Rekordlar Kitabına düşüb. Suonsonun dediyinə görə, indiyədək 260 marafonda qaçıb. 71 yaşlı nənə "Western States 100" marafonunu 29 saat 59 dəqiqə 54 saniyə göstərici ilə bitirib.

bottom of page