PRESS NEWS AZERBAIJAN

Ayının maşına hücumu

30.06.2015

 

Devid Piters və onun ailəsi üçün Yelloustoun milli parkına səfər ayı ilə yaxın "tanışlıq"la başa çatıb. Ayı onların avtomobilinə hücüm edib. Əvvəl yırtıcı avtomobilin üstünə çıxmağa çalışıb və sonra o, amerikalı ailəyə ön şüşədən baxmağa çalışıb. Daha sonra ayı yan pəncərələri yoxlamağa başlayıb.

Ayı bir neçə dəqiqə müxtəlif tərəflərdən şüşələrə baxaraq və maşını caynaqları ilə cızaraq onlardan uzaqlaşıb. Lakin bu hadisə avtomobil sahibini məyus etməyib. Ailə hadisəni telefonun kamerasına çəkərək, məzəli videonu sosial şəbəkədə yayıb. 

Please reload