top of page

Yunanıstanı tətillər bürüdü

yunan.jpg

Afinanın mərkəzindəki Sintaqma meydanında kreditorların sərt qənaət siyasətinin davam etdirilməsinə dair tələblərinə qarşı minlərlə etirazçının iştirakı ilə kütləvi etiraz aksiyası keçirilir. Aksiyaya Yunanıstan hökumətinin bir qrup nümayəndəsi qatılıb. Hakim SİRİZA solçular koalisiyası bütün ölkədə kreditorların tələblərinə qarşı kütləvi etiraz aksiyaları keçirməyə çağırıb. “İyulun 5-də keçiriləcək referendumda biz yoxsulluğa yox deyəcəyik. Kreditorların ultimatumuna yox deyəcəyik. Demokratiyanın məhdudlaşdırılmasına yox deyəcəyik. Biz aksiyalarda iştirak edərək Avropaya qürurluq, ümid və ləyaqət mesajı verəcəyik” - deyə partiyanın çağırışında bildirilir. Qeyd edək ki, Yunanıstan hökuməti ölkə büdcəsi 2010 və 2012-ci illərdə defoltdan xilas olunduqdan sonra 240 mlrd. avro məbləğində yaranmış borcun nizamlanması ilə bağlı Aİ və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Sərt qənaətin Yunanıstana borcun qaytarılmasına imkan yaradacağına dair kreditorların proqnozu özünü doğrultmayıb. İyulun 5-də Yunanıstanda beynəlxalq kreditorlarla razılaşmaya dair referendum keçiriləcək. Avrozona ölkələrinin maliyyə nazirləri iyunun 30-dan sonra Yunanıstanın dəstəklənməsi proqramını uzatmamağı qərara alıb. Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədi ilə iyunun 28-də Brüsseldə növbədənkənar toplantı keçirib. İclasda iyunun 30-dan sonra Yunanıstanın dəstəklənməsi proqramını uzatmamaq qərara alınıb.

Yunanıstanla bağlı yaranmış vəziyyət dünyanın səhm bazarlarını ciddi təsir göstərir. ABŞ və Fransa prezidentləri Barak Obama və Fransua Ollandın “Yunanıstan üçün maliyyə və islahat paketi üzrə danışıqların bərpa olunması zəruridir” açıqlamasından sonra səhm bazarlarında kəskin düşmə qeydə alınıb. ABŞ-ın səhm indekslərində 2 faizlik eniş qeydə alınıb. Səhmlər Avropada da düşüb, Frankfurtda 3.56 faiz, Parisdə 3.74 itirib. Avropanın daha zəif ölkələrinə daha çox zərbə dəyib. Lissabon və Milanda enmə 5 faiz, Madriddə 4.56 faiz olub.

yunan-2.jpg

bottom of page