top of page

Robert Sekuta: “ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir”


Robert Sekuta.jpg

"ABŞ Azәrbaycanla әlaqәlәrin güclәndirilmәsini istәyir vә bu istiqamәtdә işlәyir".

Bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta ABŞ-Azәrbaycan münasibәtlərini necә qiymәtlәndirirsiniz?” sualını cavablandırarkәn deyib.

PressNews.Az xəbər verir ki, Robert Sekuta bildirib ki, müәyyәn mәsәlәlәr var ki, onların üzәrindә iş aparılır. Hətda onuda qeyd edib ki, o, müntəzəm olaraq Azərbaycandakı tərəfdaşlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irәlilәyişin әldә edilmәsi ilә bağlı danışıqlar aparır.

“Eyni zamanda ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlikdə öz hәmkarları ilә bu istiqamәtdә iş aparır. Bu yaxınlarda yeni müzakirәlәr olub. Bölgәyә sәfәr etmә imkanları nәzәrdәn keçirilir.

Әsas mәqsәd iki ölkәnin prezidentlәrini bir araya gәtirmək vә münaqişәni ölü nöqtәdәn, yәni hazırki vәziyyәtdәn çıxarmaqdan ibarətdir".

bottom of page