PRESS NEWS AZERBAIJAN

“Bəyin oğurlanması” filminin çəkildiyi ev 30 il sonra - VİDEO

04.07.2015

 

Bəyin oğurlanması filmini yəqin ki, izləməyən insan çox azdır. Növbəti süjetimiz bu filmin çəkildiyi kənddən daha doğrusu əsas səhnələrin çəkildiyi evdən bəhs edir. Bu ev indiyədək qorunub saxlanılır.

 

Bu kəndi şamaxının hollivudu da adlandıra bilərik. söhbət şamaxının məlhəm kəndindən gedir. Kənddə "Bəyin oğurlanması" , "Qarca Qız", "Qaçaq Nəbi", "Dədəqorqud", "Yeddi Oğul İstərəm" kimi tanımış filimlərin də bir sıra çəkilişləri aparılıb.

 

Azərbaycan kinematoqrafiyasının incilərindən hesab olunan "Bəyin oğurlanması" filmi məhz bu kənddə bir az da dəqiqləşdirsək əksər səhnələr məhz bu evdə çəkilib.

 

Bu ev kinoda qız evi kimi tanınan İsrafil yəni Yaşa Nurninin evidir. Ev bu günə qədər qorunub, saxlanılıb. Sadəcə bir kiçik dəyişiklik var. O da pilləkənlərdəki sürahilərin çıxarılmasıdır. Bəyin Oğurlanması filiminin demək olarkı bütün çəkliş meydançası bu kəndə qurulub.1985-ci ildə lentə alınan filmin çəklişinə kənd sakinlərinin də marağı böyük olub.

 

3 ay davam edən çəkilişlərdə epizodik rollarda elə kənd sakinləri də yer alıb. Filmin çəkilişində bir neçə məkandan istifadə olunub. Onlardan biri də bu evdir.

 

Nəsibə xanımın roldakı evi bu günə qədər qorunub. Səhər yeməyi və dialoq bu məkanda çəkilib. Öz evlərini kino çəkilməsi üçün sevə-sevə sənətkarlara həvalə edən ev sahibləri indi o filmi izlədikdə böyük sevinc hissi duyduqlarını deyirlər.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR