PRESS NEWS AZERBAIJAN

“TANAP” 15 min insanı işlə təmin edəcək

04.07.2015

 

“SOCAR Turkey” şirkətinin prezidenti danışdı.

 

İnvestisiya müddətində Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi 15 min insanı işlə təmin edəcək. 

 

PressNews.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “SOCAR Turkey” şirkətinin prezidenti Kənan Yavuz bildirib. 

 

K.Yavuz həmçinin qeyd edib ki, layihə səhmdarlara əlavə gəlir gətirəcək, ölkəyə vergi daxilolmalarının həcmini artıracaq. 

 

Məlumat üçün bildirək ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır.

 

Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

 

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

 

TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.

 

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

Please reload

ƏN ÇOX OXUNANLAR