PRESS NEWS AZERBAIJAN

Dağıstanda antiterror əməliyyatı

04.07.2015

 

 

Dağıstanda ötən ilin payızında terror əməliyyatı hazırlayan Kizilyurd bandası adlandırılan qruplaşmanın iki fəal üzvü öldürülüb.

 

Bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzi məlumat yayıb. 


PressNews.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusi xidmət orqanlarına Kizilyurd rayonunun meşə massivində yaraqlıların yay bazasının yerləşdiyi barədə məlumat daxil olub.

 

Meşədə axtarış zamanı xüsusi təyinatlı dəstə avtomat silahlardan atəşə tutulub.

 

Təxminən bir sutka sürən atışma zamanı iki yaraqlı öldürülüb.

 
Qarşı tərəf də itkisiz ötüşməyib. Xüsusi təyinatlı dəstənin bir döyüşçüsü həlak olub. 

Please reload