Bağdadda iki partlayış: 11 ölü, 27 yaralı

İraqın paytaxtı Bağdadda minalanmış avtomobillərin partladılması nəticəsində 11 nəfər ölüb.
PressNews.Az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan biri şiələrin yaşadığı Amil məhəlləsində törədilib. Nəticədə 8 nəfər ölüb, 27 nəfər yaralanıb.
Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda törədilən partlayış isə 3 nəfərin həyatına son qoyub.
Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.