Azərbaycanda hərbi zavodda partlayış - FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda yanğın və partlayış baş verib. Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, zavodda yanğın baş verib. Yanğın günorta saatlarında başlayıb. Hələlik hadisənin təfərrüatları bəlli deyil. Növbətçi hissədən verilən məlumata görə, idarənin əməkdaşları hazırda hadisə yerindədir. “Bizdə olan məlumata görə, yaralaılar var. Ölüm haqqında isə heç bir informasiya yoxdur. Hadisə yerində təcili yardım briqadaları, polis və prokurorluq əməkdaşları işləyir". İlkin məlumata görə, yanğın nəticəsində yaralananların sayı 20-yə yaxındır. Hadisə barədə ətraflı məlumat veriləcək. Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb. Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.


